Planetin ən yaşlı sakini öldü



 

Planetin ən yaşlı sakini Yaponiyadan olan 117 yaşlı Nabi Tadzima dünyasını dəyişib.

“Qafqazinfo”nun “Fox News”a istinadən verdiyi məlumata görə, Tadzina ömrünün son günlərini xəstəxanada keçirib.

N. Tadzima 1900-cü il avqustun 4-də dünyaya gəlib. O, Çinin 115 yaşlı sakini 2015-ci ildə vəfat edəndən sonra “Dünyanın ən yaşlı sakini” titiuluna layiq görülüb. Tadzimanın 160 nəvəsi, eləcə də nəticələri var.

Qeyd edək ki, artıq “Dünyanın ən yaşlı sakini” titulu 116 yaşlı yapon Tiye Miyakoya keçib.