İlham Əliyevə “hə” deyirik! - Video



 

 

YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatının Qərargahında bayram əhval-ruhiyyəli seçicilərlə daha bir görüş tarixə qovuşub.

Tədbiri təbliğat qrupunun üzvü, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov açıb. Akif Süleymanov dövlət daşçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib.

Seçicilərdən Ulduz Babayeva, Yusif Yusibalıyev, Saləddin Tağıyev, Könül Quliyeva, Məhəbbət İsgəndərov, Ramil Qasımov, Hüseyn Budaqov çıxış ediblər.

Bayram əhval-ruhiyyəli görüş ”İlhamla irəli”, ”Sabitliyə və inkişafa səs verək” şüarlaı və gurultulu alqışlarla başa çatıb.