“Qarabağ” “Sumqayıt”a uduzdu, “Qəbələ” “Neftçi”ni üstələdi



 

Milli komandaların DÇ-2018-in seçmə mərhələsi oyunlarına görə yaranan fasilədən istifadə edən klublarımız yoldaşlıq görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” “Sumqayıt”la qarşılaşıb və matçı 1:2 hesablı məğlubiyyətlə başa vurub.

“Qəbələ” isə “Neftçi” ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” – “Sumqayıt” - 1:2

Qollar: Amil Yunanov, 10 (0:1), Azər Salahlı, 19 (0:2), Miçel, pen (1:2)

“Neftçi” – “Qəbələ” - 1:2

Qollar: Mirabdulla Abbasov 90 // Elvin Məmmədov 23; Famoussa Kone 57