Venesuelada karnaval atəşə tutuldu - 3 ölü, 5 yaralı



 

Venesuelanın Bolivar ştatında karnaval yürüşü naməlum şəxs tərəfindən atəşə tutulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə El-Kalyao bələdiyyəsində baş verib.

Məlumata əsasən, insident nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstaxanaya yerləşdirilib. Cinayətkarı yaxalamaq hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.