Bakıda yaşayış binasında yanğın, 30 nəfər təxliyə olundu



 

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Bakının Xətai rayonunda, 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.