6,5 ballıq zəlzələdən sonra 145 nəfər itkin düşüb



 

Tayvanda ötən gün baş verən 6,5 ballıq zəlzələdə qurbanların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı daha iki nəfər artaraq 4-ə çatıb, 225 insan yaralanıb, 145 nəfərdən isə xəbər yoxdur. 

Hazırda 1,3 min mütəxəssisin cəlb edildiyi axtarış-xilasetmə işləri davam etdirilir.