TAP-a 1,5 milyard dollar kredit ayrıldı



 

Avropa İnvestisiya Bankı Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. dollar həcmində kreditin ayrılmasını təsdiq edib.

"Qafqazinfo" “APA-Economics” istinadən xəbər verir ki, bankın vitse-prezidenti Endryu MakDouvel (Andrew McDowell) bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq, Mərkəzi və Cənub-şərqi Avropada qaz mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq. 

Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.