Pakistanda bombalı hücum - 11 ölü, 13 yaralı



 

Pakistanın Kabal bölgəsindəki hərbi təlim mərkəzinə hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, intiharçı terrorçu təlim keçən əsgərlərin yanında özünü partladıb.

Nəticədə 11 əsgər ölüb, daha 13-ü isə yaralanıb.

Hücuma görə məsuliyyəti Tahrik-i Taliban Pakistan qruplaşması götürüb.