Xorvatiyada 4,5 bal gücündə zəlzələ olub



 

Xorvatiyada 4,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Split şəhərindən 35 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.