Braziliyada gecə klubunda atışma - 18 ölü, 6 yaralı



 

Braziliyanın Fortoleza şəhərində gecə klubunda atışma olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Məlumata görə, kluba ümumilikdə 15 silahlı şəxs hücum edib. 

Hüquq-mühafizə orqanları hücumun “Guardianes del Estado” cinayətkar qrupunun üzvləri tərəfindən törədildiyini ehtimal edir.