Kabildə güclü partlayış - 63 ölü, 151 yaralı+ Yenilənib



 

Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə güclü partlayış baş verib.
 
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, partlayış nəticəsində 17 nəfər ölüb, 110 nəfər yaralanıb. 

Xəsarət alanların sayının artacağı istisna olunmur.

“Associated Press”in məlumatına görə, hücumu “Taliban” hərəkatı həyata keçirib.

***

“İnterfaks” xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Nusratulla Rahimi partlayış nəticəsində ölənləri sayının 63-ə, xəsarət alanların sayının isə 151 nəfərə yüksəldiyini bildirib.

Terror aktına görə 4 nəfər saxlanılıb.