Peruda iki gəmi toqquşub, ölənlər var



 

Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.

“Qafqazinfo” “RİA Novsoti”yə istinadən xəbər verir ki, bu barədə yerli Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata əsasən, indiyə kimi 3 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlərin olduğu bildirilir.

Batan balıqçı gəmisi Liberiya bayrağı altında üzürmüş. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.