500 kiloqramlıq mərmi aşkarlandı, 10 min insan təxliyyə edildi



 

Almaniyanın Bohum şəhərinin 10 mindən çox sakini təxliyyə edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna şəhər mərkəzində çəkisi 500 kq olan bombanın aşkarlanması səbəb olub.

Məlumata əsasən, mərmi şəhər ratuşasının yerləşdiyi binanın ərazisində tapılıb.

Sakinlərin təxliyyə edilməsindən sonra bombanın nəzarət altında partladılmasına qərar verilib.