“Bir nazirlik var, hesabat vermir…”



 

“Bu gün 34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu o deməkdir ki, insanlar universiteti necə qurtarmasından asılı olmayaraq bu yerlər boş qalır”

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc “Dövlət qulluğu haqqında” qanunun müzakirəsi zamanı deyib. O qeyd edib ki, Azərbaycan insanının işə  ehtiyacı var: “Biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük. Rusiya isə federal dövlətdir Biz unitar quruluşa malikik. Hesab edirəm ki, biz bu təsnifata yenidən baxmalıyıq”. 

Spiker Oqtay Əsədov isə deputatın çıxışına belə reaksiya verib: “Dövlət qulluğu sayılan bütün təşkilatlar hər ay öz vakansiyaları haqqında müvafiq təşkilatlara hesabat veririrlər. Hesabatsız heç nə yoxdur. Maraqlanın ki, hər il nə qədər insan pensiyaya gedir və nə qədər insan da onların yerinə işə qəbul olunur. Sən deyirsən ki, hesabat vermirlər? Hardan bilirsən ki, hesabat vermirlər?”.

Z. Oruc  bildirib ki, bir nazirliyin adını çəkərəm ki, onlar hesabat vermir. Ancaq mən Hesablama Palatasının dərc etdiyi hesabatdan danışdım. Burada şəffaflıq məsələsinə toxunmadım. Bildirirəm ki, 200 yerin hamısını müqavilə əsasında doldura bilərdilər”. 

 Günel Türksoy