Rusiyada ağır qəza - 5 ölü, 2 yaralı



 

Rusiyanın Zabaykalye diyarında ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çita-Zabaykalsk magistralında Çin sərhədi yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, qəza zamanı “Toyota Mark” markalı avtomobil ilə “SsangYong Istana” mikroavtobusu toqquşub. Nəticədə 5 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

İlkin ehtimala görə, qəza “Toyota” sürücüsünün ötmə əməliyyatı zamanı qarşı zolağa çıxması səbəbindən baş verib.