“iPhone”lar partlamağa başlayıb - Foto



 

Son iki həftə ərzində “Apple Store” mağazalarında iki “iPhone” smartfonunun batareyası partlayıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, ilk hadisə çərşənbə axşamı Sürixdəki “Apple Store”da baş verib. Hadisə nəticəsində mağaza əməkdaşı və daha 8 nəfər ciddi olmayan xəsarətlər alıblar.  Onlara yerindəcə yardım göstərilib və xəstəxanaya getməyə ehtiyac qalmayıb.  

Daha bir insident isə ötən gün Valensiyada yerləşən “Apple Store” mağazasında qeydə alınıb. “iPhone” batareyasının yanması nəticəsində mağazanı tüstü bürüyüb. Mağaza əməkdaşları yanğını tez bir zamanda söndürə biliblər. Heç kim xəsarət almayıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və polislər gəlib.

Şirkətdən isə hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.