150 minlik dələduzluq, 6 il həbs



 

Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manatdan çox pulu  dələduzluq etməklə ələ keçirməkdə  təqsirləndirilən Aygün Rəhimovaya hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə  A. Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Rəhimova Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min pul alıb. 

Daha sonra İphone telefonu satmaq almaq adı ilə yenə  Qüdrət Məmmədovdan 14 min manat alıb. 

O, həmçinin Surxay Məmmədov adlı şəxsdən  qızıl əşyaları alıb satmaq adı  ilə 55 min manat alıb. 

Murad Əhməd