Lüks oteldə görünməmiş soyğun, 4 milyon avro oğurlanıb



 

Parisdə yerləşən dünyanın ən məşhur otellərindən olan Ritz-Carltonda 4,7 milyon avroluq soyğun hadisəsi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, beş nəfərdən ibarət silahlı soyğunçu ötən gecə otelin vitrinindən zinət əşyalarını ələ keçirərək ərazini tərk ediblər. 

Əməliyyat nəticəsində onlardan 3-ü yaxalanıb. 4 milyonluq zinət əşyaları isə qaçmağı bacaran digər iki soyğunçuda qalıb.

Otelə hücum nəticəsində yaralanan olmayıb.