“Simeone başını tutub, “Qarabağ” qışqırdı” - Samir Abasov



 

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov maraqlı açıqlama verib. “Qafqazinfo” sport24.az-a istinadən xəbər verir ki, o, məşqçilik təcrübəsi üçün getdiyi Madrid “Atletiko”sunun düşərgəsində bu komandanın çalışdırıcısı Dieqo Simeone ilə maraqlı söhbətindən danışıb. 

Abasov Azərbaycan kubokunun ¼ finalında “Qarabağ”a qalib gəldikləri matçdan sonra görüş zamanı “Qarabağ”ın adını çəkərkən Simeonenin başını tutaraq qışqırdığını bildirib: “Dieqo Simeone ilə Azərbaycan kubokunda “Qarabağ”a qalib gəldiyimiz oyunun ertəsi görüşdüm.

Müzakirələrimiz oldu. Matçın axşamı da bizdə oyun idi. Soruşdu ki, çempionatda neçənci yerdəsiniz. Dedim ki, 4-cü yerdəyik, 1-ci pillədə “Qarabağ"dı. Bu komandanın adını eşidən kimi zarafatla başını tutdu, ““Qarabağ”” deyə qışqırmağa başladı. Söhbətimiz çox uzun çəkmədi. Hardasa 5-6 dəqiqə oldu. Əsas dialoqum mənə verdiyi köməkçisiylə oldu. Onunla 30-40 dəqiqə söhbətləşdim”.