Liviya sahillərində miqrantların qayığı batıb, 50 ölü



 

Liviya sahillərində qaçqınların olduğu qayıq batıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 50 miqrant ölüb. Xilasedicilər cəmi 16 sərnişini xilas edə biliblər. 

Qeyd edilir ki, son üç gündə Liviya hökuməti təxminən 700 insanı ölümdən qurtarıb.