Pakistanda terror hücumu - 6 ölü, 17 yaralı



 

Pakistan güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.

Məlumata əsasən, insident Bəlucistan əyalətinin Kvetta şəhərində qeydə alınıb. İntiharçı terrorçunun özünü partlatması nəticəsind 6 nəfər ölüb. Onlardan 4-ü polis əməkdaşıdır. Daha 17 nəfər isə xəsarət alıb.

Hadisə təhlükəsizlik xidmətinin əməkdaşlarının növbədən qayıdan zaman baş verib.