Miqantları daşıyan qayıq batdı, 64 ölü



 

Liviyadan Aralıq dənizi vasitəsiylə Avropaya keçmək istəyən miqrantların qayığı batıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, insident nəticəsində 64 miqrant ölüb. Onların arasında qadın və uşaq da var. 86 nəfərin həyatını isə xilas etmək mümkün olub.