Qarabağ 4 ölkə ilə müzakirə olundu



 

Millət vəkili Qənirə Paşayeva Bəhreynin İşgüzar qadınlar komitəsinin, Sənaye və Ticarət palatasının rəhbəri Afnan Rəşid Əl Zayaninin başçılıq etdiyi nümayəndə heyəti, Livanın tanınmış təşkilat rəhbəri Mariya Tereza Əl Kuri, Misirin “Ramco” şirkətinin rəhbəri Ravya Mansur və Məkareşin tanınmış təşkilat rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycan həqiqətləri və Dağlıq Qarabağ haqda danışıb.

Deputat bildirib ki, beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına qarşı etiraz səslərini ucaltmalıdırlar.

Görüşdə sözügedən ölkələrlə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb.