Şöbə müdirini öldürmək istədi, tutuldu



 

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi öldürməyə cəhd etməkdə təqdirləndirilən Şakir Mədətovun məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan proses hazırlıq iclası keçirilib. 

Təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, zərərçəkən N.Əmrullayev prosesdə iştirak etmir. 

Hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Ş. Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də bu səbəbdən başlayıb.

Murad Əhməd