Suriyada ardıcıl 4 partlayış olub - 30 ölü, 70-dən çox yaralı var



 

Suriyanın İdlib şəhərində ardıcıl 4 partlayış olub.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfər ölüb, 70-dən çox insan xəsarət alıb. 

Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayış zamanı ətrafdakı binalara  ziyan dəyib.

Səlahiyyətli şəxslər partlayışın bomba yüklü avtomobillərlə həyata keçirildiyini ehtimal edirlər.