“Yerdə uzanmışdı, hər yer qan idi”



 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə R.Məmmədov ifadə verərək qətl törətmədiyini deyib: "Həmin gün günorta mən spirtli içki içdim, sonra isə Kristina və Fərhadla kafeyə getdik. Orada onlar içdi, mən içmədim. Evə getdik, orada Fərhad məndən pul istədi, vermədim. Mübahisə etdik, səsimizə qonşular gəldi. Bir də gördüm ki, yerdə uzanmışdı,  hər yer də qandır. Polisə zəng edib evdə meyit olduğunu dedim. Mən heç ona əl də vurmamışam". 

Qeyd edək ki, Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov 2016-cı il iyunun 24-də evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.

Murad Əhməd