Neft 68 dolları keçdi - 2,5 il sonra ilk



 

Dünya birjalarında neft bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 2,261 faiz bahalaşaraq barelli 68,11 dollara yüksəlib. 

Qeyd edək ki, sonuncu dəfə Brent markalı neft 2015-ci ilin mayında 68 dollarlıq həddi keçmişdi.

WTI markalı neftin fevral fyuçersi isə 2,77 faiz bahalaşaraq bareli 62,09 dollardan satılıb.