Yataqxanada yanğın, 8 nəfər təxliyə olundu



 

Sumqayıtda yataqxanada yanğın baş verib. “Qafqazinfo” FHN-nə (Fövqəladə Hallar Nazirliyi) istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kv.m sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.