Sabunçuda mənzildə partlayış, 3 yaralı



 

Sabunçuda bayram günü mənzildə partlayış olub.
 
“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.