Binada yanğın - 2 ölü, 5 yaralı



 

Rusiyanın Voronej şəhərində yaşayı. binasında yanğın baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yanğın 5 mərtəbəli binanın 1-ci mərtbəsindən başlayıb. Hadisə nəticəsində 2 nəfər həlak olub. Daha 5 nəfər isə xasrət alıb. Onların arasında uşaq da var.

Xilasedicilər 10 nəfəri yanğından xilas edə biliblər.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.