Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı



 

Sabirabadda ağır qəza baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “Azsamand” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Mercedes”in sürücüsü Əhmədov Əjdər hadisə yerində ölüb. Həmin avtomobildəki  sərnişinlər - Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu yaralanıb.

“Azsamand”ə sürücüsü, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmanov Səməd Tahir oğlu və daha 3 azyaşlı uşaq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.