Kilsəyə hücum olunub - 5 ölü, 5 yaralı



 

Misirdə silahlı şəxslər kilsəyə hücumu edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Vatan” qəzeti məlumat yayıb.

Məlumata əsasən, insident paytaxt Qahirənin yaxınlığındakı Heluan şəhərində qeydə alınıb. 5 silahlı şəxs kilsəyə hücum edib. Nəticədə 5 nəfər həlak olub. Onlardan 3-ü polis əməkdaşıdır. Daha 5 nəfər isə xəsarət alıb.

Polisdən verilən məlumata görə, terrorçulardan 3-ü öldürülüb. Daha 2-nin axtarışı davam edir.