Argentinada partlayış - 1 ölü, 8 yaralı



 

Argentinanın Puerto-Henera-San-Martin limanında partlayış baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanı məlumat yayıb.

Məlumata əsasən, partlayış buğda terminalında baş verib. Nəticədə 1 nəfər ölüb, daha 8 nəfər isə ciddi yanıq xəsarətləri alıblar.

Hazırda hadisə yerində yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.

Daha əvvəl partlayış nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.