İranda növbəti zəlzələ, ölü və yaralılar var



 

Bu gün İranın şimalında növbəti zəlzələ baş verib.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, zəlzələdə bir nəfər ölüb, 56 yaralı var. 

Tehran yaxınlığında baş verən zəlzələ 4,2 bal gücündə olub. Episentri yerin 12 kilometr dərinliyində qeydə alınıb. 

Xatırladaq ki, ötən həftə də paytaxt yaxınlığında 5,2 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 2 nəfər ölüb, 100-dən çox yaralı vardı.