İsveçrədə qar uçqunu - 3 ölü, 2 yaralı



 

İsveçrənin Alp dağlarında son üç gündə qar uçqunu nəticəsində 3 alpinist həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata əsasən, ölənlər İsveçrə və Fransa vətəndaşlarıdır. Onlardan ikisi kişi biri isə qadındır.

Bundan əlavə xilasedicilər daha iki alpinisti qar altından çıxara biliblər. Onlar xəstəxanya yerləşdirlib.

Daha əvvəl ORF Tirol telekanalı polisə istinadən xəbər verib ki, uçqun səbəbindən 40 nəfər təxliyyə olunub.