Artıq çəkili insanlar daha xoşbəxt olur, amma... - Alimlər



 

Artıq çəkili insanlar arıqlara nisbətən özlərini daha xoşbəxt hiss edirlər.

“Qafqazifo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Məlumata əsasən, Bristol Universitetinin alimləri 37 yaşdan 73 yaşa qədər olan 500 mindən çox britaniyalının məlumatlarını təhlil ediblər.

Mütəxəssislər bədən kütləsinin yüksək indeksinə malik şəxslərin daha sakit olduğunu qeyd ediblər.

Tədqiqatçıların fikrincə, daim diyeta saxlayan insanlar, mənfi emosiyaların öhdəsindən daha pis gəlir. Eyni zamanda özlərinə limit qoymayanlar isə daha yüksək psixoloji tarazlıq nümayiş etdirirlər.

Artıq çəkinin müsbət psixoloji effektlərinə baxmayaraq həkimlər bunun ürək, hipertoniya, diabet və insult ehtimalını artırdığını bildirirlər.