Səudiyyə Yəməni vurdu, azı 50 husi öldürüldü



 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 50 üsyançı-husi öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumları nəticəsində İranın dəstəklədiyi husilərə aid ballistik raket də məhv edilib. 

Qeyd edək ki, şiələrin “Ənsar Alla” hərəkatından olan üsyançı husiləri 2014-cü ildən bəri Yəməndə Ər-Riyaddın rəhbərlik etdiyi ərəb koalisiyanın dəstəklədiyi hökumətlə müharibə aparır. Bu il husilər Ər-Riyada 2 dəfə raket hücumu təşkil etmək istəsələr də, Səudiyyə həmin raketləri zərərsizləşdirə bilib.