İsrail fələstinlilərə hücuma keçdi, ölən var



 

ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra Fələstində gərginlik davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün cümə namazından sonra 45 min fələstinli Trampa etiraz üçün toplaşıb. 

İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində 24 yaşlı gənc öldürülüb, bir jurnalist yaralanıb. Ümumilikdə 14 fələstinlinin xəsarət aldığı bildirilir.