Maşın qaçırdı, dərhal da tutuldu



 

Avtomobil qaçıran şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 20-də saat 18:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava küçəsində baş verib. Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobilin  qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhərinin ərazisində Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Yunis İmanov olması müəyyən edilib. 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.