Şəkidə avtomobil aşıb, xəsarət alanlar var



 

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, dekabrın 20-i axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “KİA” markalı minik avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
 
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Baş Layısqı kənd sakinləri 1989-cu il təvəllüdlü Elbrus Oktay oğlu Əhmədxanov və 1985-ci il təvəllüdlü Murad Məmməd oğlu Cumayev Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
 
MRX-dan verilən məlumata görə, yaralılardan Elbrus Əhmədxanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Murad Cumayev isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.