Gəncədə mənzildə partlayış, 1 nəfər yaralandı



 

Gəncədə mənzildə su qızdırıcısı partlayıb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.