Meksikada avtobus qəzası olub, 11 ölü



 

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Məlumata əsasən, insident Kintana-Roo ştatında qeydə alınıb. Qəza zamanı avtobusda 31 turist olub. Nəticədə 11 nəfər ölüb, daha 20 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlər arasında Kanada, İtaliya və Meksika vətəndaşları var.

Hadisənin başvermə səbəbləri araşdırılır.