“Evdə 1,5 milyon manat pul var idi” - Öldürülən iş adamının oğlu



 

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə mərhum İ.Məmmədovun oğlu Vüqar Məmmədov ifadə verərək deyib ki,  atasını hadisədən 1 il əvvəl görüb: "2008-ci ildən Bakıda qalıram, anam da "Binə" Ticarət Mərkəzində sahibkarlıqla məşğuldur. Dövriyyədə olan mallardan bilirdim ki, evdə 1,5 milyon manat pul var idi.  Atamı isə bunların üçü bir yerdə öldürüb".

V.Məmmədov təqsirləndirilən şəxslərə qarşı 1,5 milyon manatlıq mülki iddia qaldırıb. 

Proses dekabrın 25-də davam etdiriləcək. 

İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. Bunda başqa. rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti yanıb. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.

Murad Əhməd