“Sənə iki güllə atacağam, sevgilinə isə…” - Amerikalı idmançıya təhdid



 

“Trabzonspor” basketbol klubunun amerikalı oyunçusu Osiris Eldric ölümlə təhdid edilib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, basketbolçu bu barədə tvitterdəki hesabında məlumat paylaşıb.

Hadisə “Trabzonspor”un ölkə çempionatında “Büyükçekməcə”yə 105-113 məğlub olduğu oyundan sonra baş verib.

Naməlum şəxs oyunçuya bu mesajı göndərib:

“Ümid edirəm uşaqlarının kədərindən ölərsən. Ümid edirən sevgilin, anan və atan xərçəngdən ölər. Türkiyədən və “Trabzonspor”dan ayrılsan yaxşı olar. 3 xallıq atışlarına görə itirdiyim hər dollar üçün mənə ödəniş edəcəksən. Sənə iki güllə atacağam. Sevgilinə isə ölənə qədər təcavüz edəcəyəm, uşaqlarını dənizə atacağam”.