Cəlilabadda ev, Göygöldə restoran yanıb



 

Cəlilabad rayonunda yanğın olub.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
Göygöl rayonunun Yeni Qızılca kəndində isə ümumi sahəsi 450 m2 olan birmərtəbəli restoranın tavanı 15 m2 sahədə, 5 ədəd divan qismən və restoranın giriş qapısı 1 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə edilib, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.