Göygöldə ağır qəza, sürücü yaralandı



 

Göygöl rayonunda yol qəzası baş verib. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Süleymanov Qamət Məzahir oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində xəsarət alan Q.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.