Səudiyyə Yəməni vurdu, 50 nəfər öldü



 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Səna şəhərinin şərqindəki polis mərkəzinə hava zərbələri endirib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 39 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı bildirilir.   

Polis məntəqəsində ölənlər məhkumlar olub.

Qeyd edək ki, paytaxt Səna 2014-cü ildən bu yana husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ilin martından Yəmən hökumətinə dəstək göstərir. 

***

Savaş təyyarələri Maqbanah bölgəsində mülki vətəndaşların olduğu avtomobili bombalayıb, nəticədə daha 11 nəfər ölüb.