İsraildə 15 fələstinli həbs edilib, 11-i terrorda ittiham olunur



 

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahillərində keçirilən reyd nəticəsində 15 fələstinlini həbs edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 11-i terror fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinir. 

Qeyd edək ki, ötən gün 24 yaşlı fələstinli Qüdsdə mərkəzi avtobus stansiyasının mühafizəçisini ağır yaralamışdı. Polis yoldan keçənlərin yardımı ilə həmin şəxsi yaxalamışdı və insident teror aktı kimi qəbul edilmişdi.