Göyçaya qonaq getmişdi, maşın vurdu



 

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Bakı şəhər sakini, 1975 - il təvəllüdlü Azakov Natiq Zahir oğlu rayon ərazisində yolu keçərkən maşın vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, N.Azakov Bakının Əmircan qəsəbəsində yaşayır və o, Göyçaya qonaq gəlibmiş.