Ərdoğan dəvət etdi, Putin Türkiyəyə gedir



 

Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Səfər dekabrın 11-nə planlaşdırılır. Putin həmkarı Ərdoğanla beynəlxalq problemləri, o cümlədən Yaxın Şərqdəki situasiyanı və Suriya münaqişəsinin həlli yollarını müzakirə edəcək.